Kimya müəllimi Könül Məmmədova tərəfindən TT105 qrupunda praktik dərs təşkil olunmuşdur. Dərs çərçivəsində qlükoza, nişasta və saxaroza mövzuları üzrə müxtəlif təcrübələr aparılmışdır. Təcrübələrin əyani şəkildə həyata keçirilməsi tələbələrin mövzunu daha dərindən mənimsəməsinə, həmçinin kimya fənninə maraq və sevgisinin artmasına müsbət təsir göstərmişdir. Praktik məşğələdə Kimya laboratoriyasının müdiri Mehriban İsmayılova və mütəxəssis Vüsalə Quliyeva iştirak etmiş, təcrübələrin icrasında tələbələrə dəstək olmuşlar.
Bu cür dərslər tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməyə xidmət edir.






08.05.2026



