Kollecin İ105 qrupunda “Zülalların təyini reaksiyası” mövzusunda kollecin müəllimi Aysel Əmirahovanın keçirdiyi biokimyəvi laboratoriya işi laboratoriyanın müdiri Mehriban İsmayılovanın dəstəyi ilə uğurla həyata keçmişdir. Təcrübə zamanı tələbələr zülalların keyfiyyətcə təyini üsulları ilə yaxından tanış olmuş, lazımı reaksiyaların aparılmasını praktik olaraq yerinə yetirmiş və əldə olunan nəticələri müşahidə edərək təhlil etmişlər. Bir sözlə, laboratoriya işi tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsinə , analitik düşünmə qabiliyyətinin inkişafına və elmi-praktik bacarıqlarının artmasına xidmət etmişdir. Bu cür təcrübələrin keçirilməsində əsas məqsəd kimya dərslərini daha maraqlı və anlaşıqlı etmək, tələbələrdə fənnə olan marağı artırmaq, onların gələcək peşə fəaliyyətini yüksəlməkdir.







