office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

“Böyük zəfərin memarı” adlı tədbir keçirildi

05.05.2026-cı il tarixndə YAP Nərimanov rayon təşkilatı ilə Sənaye və Texnologiya Kollecinin birgə Ulu öndər Heydər Əliyevin anadan omasının 103-cü ildönümünə həsr olunmuş “Böyük  zəfərin memarı” adlı  tədbir keçirildi. İlk öncə Dövlət Himni səsləndirildi. Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla  yad edildi.  Kollecin direktoru, professor Nasim Abışov keçirilən tədbir haqqında ümumi məlumat verdi və Ulu öndər Heydər Əliyevin  Azərbaycan xalqı qarşısında misilsiz xidmətindən danışdı. Sonra  tədbirin iştirakçıları, o cümlədən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP-ın İdarə Heyətinin üzvü, millət vəkili Azər Badamov və YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva çıxışlarında bildirdilər ki, Ulu öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Həmçinin tədbirin  gedişində  YAP Nərimanov rayon təşkilatı tərəfindən kollecin bir qrup  işçisinə YAP-ın üzvlük vəsiqələri təqdim edildi. Tədbirdə Ulu öndərin  həyat və fəaliyyətinə aid videoçarx nümayiş etdirildi,  şeir söylənildi, musiqi  nömrələri təqdim olundu.


05.05.2026