office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

ADNSU nəzdində Sənaye və Texnologiya Kollecində fəaliyyət göstərən “Gənclərin İnkişafı Klubu”nun üzvləri AzMİU-da keçirilən Dizayn Həftəsində iştirak etmişlər.

Tədbirin əsas məqsədi tələbələrin dizayn sahəsinə marağının artırılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi və müasir dizayn yanaşmaları ilə yaxından tanışlıqlarının təmin edilməsi olmuşdur. Tədbir çərçivəsində iştirakçılar müxtəlif dizayn nümunələri ilə tanış olmuş, innovativ ideyalar və yaradıcı yanaşmalar haqqında məlumat əldə etmiş, eyni zamanda kreativ mühitdə yeni təcrübələr qazanmışlar.

İştirakçılar üçün bu kimi tədbirlər həm bilik və bacarıqların inkişaf etdirilməsi, həm də ilham mənbəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbir zamanı əldə olunan təcrübə tələbələrin dünyagörüşünün genişlənməsinə və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə müsbət təsir göstərmişdir.

Ekskursiya “Gənclərin İnkişafı Klubu”nun sədri Nurlu Zəhranın təşkilatçılığı ilə həyata keçirilmişdir.


04.05.2026