Əziz tələbələr,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının sədr seçkilərinə start verilir. Əgər siz də öz namizədliyinizi irəli sürmək istəyirsinizsə, müraciət edin!
TGT sədrliyinə namizədlər üçün tələblər:
- Təhsilinin sonuncu ilində olmamalıdır;
- Tələbə Gənclər Təşkilatlarının tərkibində aktiv ictimai fəaliyyət keçmişinə malik olmaq müsahibə mərhələsində üstünlük olaraq qəbul olunacaqdır.
TGT-yə sədrliyə namizədlik üçün lazım olan sənədlərin siyahısı:
- Namizədin platforması (sosial mediada paylaşılacaqdır);
- Namizədin CV-si;
- Tərcümeyi-hal;
- Motivasiya məktubu;
- Namizədliyini irəli sürən şəxsin şəxsiyyət vəsiqəsinin hər iki üzünün surəti.
Qeydiyyat linki: https://forms.gle/1Qfj4CHfY3dcKMVE9
Son qeydiyyat: 08.05.2026

04.05.2026



