Sənaye və Texnologiya Kollecində Kimya müəllimi Könül Məmmədova tərəfindən MQ 105 və M105 qruplarında praktik dərslər keçilib. Dərslər zamanı tələbələr maraqlı və öyrədici təcrübələr həyata keçiriblər.
MQ 105 qrupunda keçirilən dərsdə tələbələr qırmızı kələm suyundan indicator kimi istifadə ediblər. Limon əlavə edildikdə məhlulun qırmızı, sabun əlavə edildikdə isə yaşıl rəng aldığı müşahidə olunub. Neytral mühit isə dəyişməz qalıb. M105 qrupunda isə tələbələr qida boyalarını müxtəlif qatılıqlarda şəkərin üzərinə əlavə edərək rənglərin qarışmamasını müşahidə ediblər.
Hər iki qrupda yod məhlulu ilə nişastanın təyini təcrübəsi də aparılıb. Almada rəng dəyişmədiyi halda, kartof və çörəkdə rəngin tündləşməsi bu məhsullarda nişastanın olduğunu göstərib. Bu cür praktik dərslər tələbələrin nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, onların fənnə marağını daha da artırır.









