office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Təbrik edirik!

Sənaye və Texnologiya Kollecinin Kompüter texnologiyaları kafedrasının müəllimi Cəfərova Məsmə Xaləddin qızı Mingəçevir Dövlət Universitetində keçirilmiş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” adlı III Beynəlxalq elmi konfransda iştirak etmiş və “Sənaye robotlarının yaranma tarixi və inkişaf mərhələləri” mövzusunda məqalə ilə çıxış etmişdir.

Bununla yanaşı, beynəlxalq onlayn təhsil platforması Coursera vasitəsilə IBM tərəfindən hazırlanmış “Introduction to Artificial Intelligence (AI)” kursunu uğurla tamamlayaraq müvafiq sertifikata layiq görülmüşdür. Kurs müddətində o, süni intellektin əsas anlayışları, tətbiq sahələri və müasir texnologiyalardakı rolu haqqında biliklərini genişləndirmiş, həmçinin bu sahədə praktik və nəzəri bacarıqlar əldə etmişdir.

 

https://mdu.edu.az/wp-content/uploads/2026/03/Konfrans_mat_3.pdf


01.05.2026