office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

“Açıq dərs” yüksək qiymətləndirildi və müəllimin peşəkar yanaşması xüsusi qeyd olundu

Kollecin  müəllimi Könül Məmmədovanın TK105 qrupunda Kimya fənnindən “Karbohidratlar” mövzusunda təşkil olunan “Açıq dərs” kurikulumun tələblərinə uyğun olaraq  interaktiv metodlarla yüksək səviyyədə təşkil olunmuşdur. Dərs Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Aprel şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra slaydlar vasitəsilə gündəlik heyatımızda geniş istifadə olunan qida məhsulları-bal ,şəkər, meyvələr, kartof, düyü və taxıllar nümayiş etdirildi. Motivasiya mərhələsində dərsin mövzusu elan olundu.

      Dərs qruplarla iş formasında davam etdirildi.Tələbələr mövzu üzrə aktiv iştirak edərək savadlı və məzmunlu çıxış etdilər, müzakirələrdə yüksək fəallıq nümayiş etdirdilər. Dərs zamanı maraqlı təcrübələrdə aparıldı.Tələbələr qida boyaları ,şəkər,yod və qırmızı kələmdən istifadə edərək müxtəlif rəngli maddələr əldə etdilər. Kurrikulum tələblərinə uyğun olaraq dərsdə MQ 105 qrupunun tələbəsi Könül Əliyeva müəllim rolunu icra etmiş, məqsəd isə tələbələrdə müəllimlik peşəsinə maraq və sevgi formalaşdırmaq olmuşdur. “Açıq dərs”də tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, tədris hissə müdiri Lalə Nəsibova, Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Günel Dadaşova, tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov, şöbə müdiri Şəhla Əhmədova,”Təbiət fənləri” fənn birləşmə sədri  Səidə Bayramova, Kimya laboratoriyasının müdiri Mehriban İsmayılova,  metodistlər Günay Umudova və Aygün Rüstəmova, Biologiya müəllimi Lətifə Şamxalova, Zərgərlik emalatxanasının müdiri Xatirə Quliyeva, tyutor Cəmilə Əsgərli, laborant Vüsalə Quliyeva iştirak etdilər.

https://www.youtube.com/shorts/2kdeiZxXX6U 


01.05.2026