office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

“Milli-mənəvi dəyərlər" mövzusunda görüş keçirildi

30.04. 2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ictimai-siyasi xadim, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun iştirakı ilə “Milli-mənəvi dəyərlər” mövzusunda görüş keçirildi. Tədbir kollecin tarix müəllimi Gülnarə Əbdüləzimovanın təşkilatçılığı ilə baş tutdu. Dövlət Himni səsləndi. Ümummilli liderin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Kollecin direktoru, professor Nasim Abışov qonağı tədbir iştirakçılarına  təqdim etdi.   Bugünki tədbirin    gənclərin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını vurğuladı. Görüş çərçivəsində millət vəkili Ceyhun Məmmədov kollecdə tələbələrlə, müəllimlərlə görüşməsindən məmnun olduğunu bildirdi və təlim-tərbiyə sahəsində təhsil ocağında xeyli iş  görüldüyünü qeyd etdi. Sonra “Milli-mənəvi dəyərlər” mövzusunda təqdimatlarla ətraflı çıxış etdi, gənclərə öz tövsiyələrini  verdi. Eyni zamanda müəllim və tələbələrin  elmlə, təhsillə  əlaqədar   maraqlı suallarını cavablandırdı. Sonda millət vəkili Ceyhun Məmmədov müəllifi olduğu “Gənclərə tövsiyələr” kitabinı tədbir iştirakçılarına payladı.


30.04.2026