2025-2026-cı tədris ilinin yaz imtahan sessiyasına hazırlıq tədbirləri çərçivəsində kollecimizdə mühüm yeniliyə imza atılır. Belə ki, bu sessiyada Böyük Summativ Qiymətləndirmə (BSQ) imtahanlarının ilk dəfə tam rəqəmsal formada keçirilməsi planlaşdırılır.
Hazırda yaz imtahan sessiyası üzrə ümumilikdə 280 BSQ imtahanının elektron formatda təşkil olunması hədəflənir. Prosesin şəffaflığını təmin etmək və tələbələrin yeni sistemə adaptasiyasını sürətləndirmək məqsədilə müvafiq qruplar üçün sınaq imtahanlarına start verilmişdir.
Bu sınaqlar tələbələrə rəqəmsal platforma ilə yaxından tanış olmaq, texniki imkanları sınaqdan keçirmək və real imtahan mühitini təcrübədən keçirmək imkanı yaradır. Hazırlıq prosesi planlı şəkildə davam etdirilir.




29.04.2026



