office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

“Sazın vəhdəti, sözün hikiməti” adlı ədəbi-bədii tədbir keçirildi

28.04.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində ADPU-nun filologiya  fakültəsinin nəzdində fəaliyyət  göstərən “Meh” ədəbi dərnəyinin və Şuşa Hümanitar Kollecinin  birgə təşkilatçılığı  ilə Aşıq Ələsgərin 205 illik yubileyinə həsr olunmuş “Sazın vəhdəti, sözün hikiməti” adlı ədəbi-bədii tədbir keçirildi. Dövlət Himni səsləndi. Ümummilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi, Xətai Ələsgərli,  ADPU-nun filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova, ADPU-nun filologiya fakültəsinin dekan müavini Arzu İbrahimova və fakültənin müəllimi Günay Alıyeva iştirak etdilər. İlk öncə kollecin direktoru, professor Nasim Abışov tədbir haqqında ümumi məlumat verdi və tədbiri açıq elan etdi. Tədbirdə Aşıq Ələsgər oçağının nümayəndəsi, nəticəsi Xətai Ələsgərli Aşıq Ələsgər haqqında danışdı. Bildirdi ki, Aşıq Ələsgər keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, əsərləri ilə Azərbaycanın mədəni sərvətləri xəzinəsinə misilsiz töhfələr bəxş edib. Böyük sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin təhlükəsizliyini, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin zəngin yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrini təşkil edir. Tədbirin gedişində Aşıq Ələsgər yaradıcılığına aid videoçarx nümayiş etdirildi, ədəbi-bədii kompozisiya göstərildi və tələbələr şeir deyib, mahnı oxudular. Sonda tədbirdə  fəal iştirak edən tələbələrə kollecin  rəhbərliyi  tərəfindən  Təşəkkürnamə təqdim edildi. 

 


29.04.2026