Sənaye və Texnologiya Kollecində müəllimlərin İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə imtahan formatında yoxlama təşkil olunmuşdur. İmtahanı keçirən STK-nın “Kompüter texnologiyaları" FBK-nın sədri Səadət Şahbazova və müəllimləri Dilarə Tağıyeva, Elnarə Əliyeva, Sevinc Əzizbəyova, Günay Məmmədova, Aynur Ağayeva, Vüsalə Əliyeva, Turanə Qulamova və Çiçək Zeynalova olmuşdur. Yoxlama bütün müəllimləri və işçi heyəti əhatə etmişdir. Yoxlama nəticələrinin təhlili əsasında İKT bilik səviyyəsinə uyğun xüsusi təlimlər hal-hazırda həyata keçirilir. Bu təlimlər rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinə, elektron resurslardan daha səmərəli istifadə etmələrinə və dərs prosesində müasir texnologiyaların tətbiqinə dəstək göstərməyə yönəlib. Təlim proqramı çərçivəsində ofis proqramları üzrə biliklərin artırılması məqsədilə Microsoft Word, Microsoft Excel və elektron poçt (mail) sistemlərindən istifadə mövzuları əhatə olunur. Təlimlər praktik yönümlü təşkil edilərək iştirakçıların əldə etdikləri bilikləri real iş prosesində tətbiq etmələrinə şərait yaradır. Bu təşəbbüsün müəllimlərin və işçilərin peşəkar inkişafına mühüm töhfə verməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin öyrənmə motivasiyasının artırılması baxımından əhəmiyyətli nəticələr verəcəyi gözlənilir.












