26 aprel 2026-cı il tarixində Ümumrespublika Təhsil Forumu keçirilib. Milli Məclisin deputatı Ceyhun Məmmədov, Pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Azərbaycan Dillər Universitetinin professoru Bənövşə Məmmədova və spikerlərin rəhbərliyi ilə təhsil sahəsində müasir çağırışlar, müəllimlərin cəmiyyətdə rolu, gənc nəslin inkişaf istiqamətləri müzakirə edilib. Forumda STK-nın şöbə müdiri Pərvin Məmmədova, ”Humanitar fənlər” fənn birləşməsinin sədri Vüsalə Əbdürrəhimova ,”Dillər” fənn birləşməsinin sədri Gülnar Rzayeva, müəllimlərdən Aynur Rzaquliyeva, Aynur Bədəlova , Gülxar Məhərrəmova iştirak ediblər.


28.04.2026



