Kollecin müəllimi Günel Qurbanovanın rəhbərliyi ilə TM 104 qrupunun tələbələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanasına ekskursiya etmişlər. Ekskursiyanın məqsədi tələbələri universitetin zəngin kitab fondu, müasir oxu zalları və elektron resurs imkanları ilə yaxından tanış etmək olmuşdur.
Ekskursiya çərçivəsində kitabxananın böyük kitabxanaçıları Lalə və Bahar tələbələrə kitabxananın imkanları haqqında məlumat verərək, onların suallarını cavablandırmışlar. Tələbələr kitabxananın müasir infrastrukturu və geniş informasiya bazası ilə tanış olaraq, gələcək təhsil və tədqiqat fəaliyyətlərində bu imkanlardan səmərəli istifadə etməyin vacibliyini vurğulamışlar.




27.04.2026



