office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-da müəllimlər və IT klubunun üzvü olan tələbələr üçün ixtisaslaşmış təlim proqramları təşkil olunub

“Maşın öyrənməsi və süni intellekt” üzrə mühəndis Ramazan Nuhbalayev tərəfindən STK-da müəllimlər və IT klubunun üzvü olan tələbələr üçün ixtisaslaşmış təlim proqramları təşkil olunub. Bu təlimlər çərçivəsində iştirakçılara süni intellekt və maşın öyrənməsi sahəsinin əsas prinsipləri, müasir tətbiq istiqamətləri və real layihələrdə istifadə olunan yanaşmalar barədə ətraflı biliklər təqdim edilir. Proqram interaktiv formatda keçirilir və həm nəzəri, həm də praktiki bacarıqların inkişafına yönəlib. Təlimlərin əsas məqsədi iştirakçıların müasir texnologiyalara adaptasiyasını sürətləndirmək, analitik düşünmə qabiliyyətini gücləndirmək və bu sahədə peşəkar inkişaf üçün möhkəm baza formalaşdırmaqdır.


24.04.2026