office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

“Ümid Yeri" Uşaq Sığınacağında olan uşaqlarla görüşmək çox böyük xeyirxah işdir

"Sosial Dəstək Paketi" layihəsi çərçivəsində kollecin müəllim və tələbələri Binə qəsəbəsində yerləşən "Ümid Yeri" Uşaq Sığınacağında olublar. Həmin  gün kollecin Dizayn (qrafik dizayn), Dekorativ-tətbiqi sənət (zərgərlik), Kompüter sistemləri və kompleksləri ixtisaslarında təhsil alan  tələbələr uşaq  sığınacağının həyətyanı divarlarında abadlıq işləri həyata keçirib və uşaqlara apardıqları  hədiyyələri paylayıblar. Həmçinin layihənin həyata keçirilməsində, bu xeyirxah işdə "Gənclərin İnkişafı Klubu"nun üzvü olan tələbələr və kollecin müəllimi Günel Qurbanova da  fəal iştirak edib. Həmin  gün ümid dolu bir görüş "Ümid Yeri" Uşaq Sığınacağında olan  uşaqların sevincinə böyük sevinc qatıb. Bu cür görüşlər bir daha  onu sübut edib ki, sevgi və diqqət paylaşdıqca artır. Həm də gələcəyimiz olan uşaqların yanında olmaq, hər birimiz üçün  mənəvi böyük  bir dəyərdir!


24.04.2026