Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakı şəhərində keçirilməsi ilə əlaqədar, təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə kollec rəhbərliyinin iştirakı ilə növbəti işçi iclası baş tutub.
İclasın əsas məqsədi 18–22 may 2026-cı il tarixlərində tədris prosesinin distant (məsafədən) formada təşkili və bu keçid dövründə qarşıda duran vəzifələrin icrasını təmin etmək olub.
İclasda qəbul olunan əsas qərarlar və tapşırıqlar bunlardır:
Tədrisin təşkili: 18-22 may tarixləri aralığında dərslərin müəyyən olunmuş qrafik üzrə onlayn platform Teams) vasitəsilə kəsintisiz davam etdirilməsi;
Keyfiyyətə nəzarət: Distant təhsil müddətində dərslərin keyfiyyətinin ənənəvi tədris standartlarına uyğun qorunub saxlanılması;
Davamiyyət və intizam: Tələbələrin onlayn dərslərdə iştirakının (davamiyyətinin) elektron qaydada ciddi qeydiyyatının aparılması;
Texniki dəstək: Onlayn tədris zamanı yarana biləcək texniki məsələlərin operativ həlli üçün məsul şəxslərin təlimatlandırılması.
Kollec rəhbərliyi tərəfindən müvafiq struktur bölmələrə tədrisin səmərəli təşkili və tələbələrin məsafədən təhsil imkanlarından tam yararlanması üçün lazımi tapşırıqlar verilmişdir.





