office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Kollecdə şair və yazıçılarla maraqlı görüş keçirildi

23.04.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində kollecin  müəllimi Günel Qurbanovanın təşkilatçılığı ilə yazıçı Gülər Nizamiqızı, şair Samir Əfsəroğlu, pedaqogika üzrə fəlsəfə  doktoru, şair Aynur  Qafarlı, şair - qəzəlxan Barat Saçidlə tələbə və  müəllimlərin görüşü keçirildi. Tədbirdə kollecin rəhbərliyi, şöbə müdirləri  fənn birləşmə sədrləri, müəllimlər və digər qonaqlar  iştirak etdilər. İlk öncə Dövlət Himni səsləndirildi. Ulu öndər Heydər Əliyevin  və şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla   yad edildi. Sonra   kollecin qonağı olan  şair və yazıçılar   öz yaradıcılıqlarından  söz açdılar və tələbələri  maraqlandıran sualları  cavablandırdılar. Həmçinin qonaqlar  dəvətə görə kollecin rəhbərliyinə təşəkkürlərini bildirdilər. Tədbirin sonunda  müəllim və tələbələr  qonaqlarla xatirə şəkli  də  çəkdirdilər. 


23.04.2026