office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Kitabxanada “Hər kitab bir xəzinə” adlı tədbir keçirildi

Sənaye və Texnologiya Kollecinin kitabxanasında 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə  həsr olunmuş “Hər kitab bir xəzinə” adlı tədbir keçirildi. İlk öncə Ulu  öndər  Heydər Əliyevin və şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik  sükutla  yad edildi. Sonra kollecin kitabxana müdiri Sevil Umudova  tədbir  haqqında məlumat  verdi və  kitabın, mütaliə etməyin faydaları  haqqında ətraflı danışdı. Tədbirdə iştirak edən kollecin tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov, metodist Aygün Rüstəmova, Azərbaycan dili və ədəbiyyat  müəllimlərindən Zəminə Həmzəyeva, Gülnar Rzayeva, filologiya üzrə fəsəfə doktoru, Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” Şakir Cəfərov və tələbələr tədbirlə bağlı öz ürək sözlərini  bildirdi və  son vaxtlarda oxuduqları kitablardan söz  açdılar. Sonda iştirakçılar tədbirlə  bağlı xatirə şəkli çəkdirməyi də  unutmadılar.


23.04.2026