İstehsalat Təcrübə rəhbəri Sevinc Qəmbərova bildirir ki, KG204 və KG 103 qrupunun tələbələri öyrəndikləri nəzəri bilikləri praktiki tətbiq etmək imkanı əldə edirlər. Arxiv müdiri Kəklik İsgəndərova tələbələrə arxivdə sənədlər üzərində icra edilən işlər haqqında ətraflı məlumat verir. Arxiv əməkdaşları ilə yanaşı təcrübə rəhbəri Könül Abdürrəhimova və Rəhimə Yaqubəlidə tələbələri sənədlərin komplektləşdirilməsi, qeydiyyatı, saxlanma və mühafizə qaydalarının yerinə yetirilməsi haqqında daimi məlumatlandırır. Verilən bilik və bacarıqlar tələbələrin kargüzarlıq və arxiv işi sahəsində peşəkar mütəxəssis kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir.







22.04.2026



