office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Təbrik edirik!

Sənaye və Texnologiya Kollecinin rəhbərliyi və kollektivi "Təbiət fənləri" kafedrasının  müəllimi Namazova Simuzər Mayis qızını 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir!

​Simuzər müəllimə uzunmüddətli səmərəli pedaqoji fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə və kollecin ictimai həyatında göstərdiyi fəallığa görə müəssisə rəhbərliyi tərəfindən “Fəxri Fərman” ilə təltif olunmuşdur.

​Simuzər xanım kollektivimizin hörmətli üzvü olmaqla yanaşı, tələbələrin sevimlisi, peşəkar pedaqoq və savadlı mütəxəssis kimi tanınır. Onun illər boyu qazandığı təcrübə və elmimizə verdiyi töhfələr hər bir gənc müəllim üçün örnəkdir.

​Bu xoş gündə yubilyarımıza möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və şərəfli müəllimlik fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.


21.04.2026