20.04.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində kollecin müəllimi Könül Məmmədovanın təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək!" adlı tədbir keçirildi. Kollecin rəhbərliyi, müəllim və tələbələr tədbirdə iştirak etdilər. Əvvəlcə Dövlət Himni səsləndi. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra narkomaniyaya aid videoçarx nümayiş etdirildi və tələbələr narkomaniyanın cəmiyyət üçün ağır bəla olması, gənclərin bu məhvedici xəstəliyə düçar olmaması üçün nələrə diqqət yetirilməsi, narkotiklərə aludə olmağın nəticələri haqqında geniş məlumat verdilər. Kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov, tədris hissə müdiri Lalə Nəsibova, müəllimlərdən Aytən Əliyeva və Günel Şükürova narkomaniyaya qarşı dövlətimiz tərəfindən aparılan mübarizədən danışdılar. Həmçinin çıxış edənlər tələbələrə tövsiyyələr verərək hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolu seçmələri gənclərin diqqətinə çatdırdılar. Bu sahədə müsbət irəliləyişin əldə olunması üçün, tədris müəssisələrində, ictimai yerlərdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini vurğuladılar.







