office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

“Təhsildən iş həyatına keçid” mövzusunda təşkil olunan təlim maraqla qarşılanıb

Sənaye və Texnologiya Kollecinin direktoru,  professor Nasim Abışovun  təşəbbüsü ilə məzun bazası yaradıldığına görə, əməkdaşlıq çərçivəsində tədris işləri üzrə direktor müvaini Könül Abdurrəhimovanın rəhbəliyi ilə tədbir  təşkil olunub.  Kollecin keçmiş məzunu Gültəkin Əliyeva təhsil ocağında “Təhsildən iş həyatına keçid” mövzusunda təlim  keçirib. Təlimdə tədris və tərbiyə işləri üzrə direktor müavinləri, baş mühasib, şöbə müdirləri, tyutorlar, kollecin psixoloqu iştirak ediblər. Təlim zamanı məruzəçi təhsil dövründə əldə olunan bilik və bacarıqların əmək bazarında tətbiqi, peşəkar inkişaf mərhələləri, eləcə də gənclərin iş həyatına uyğunlaşma prosesində qarşılaşdıqları çətinliklər və onların həlli yolları barədə ətraflı məlumat vermişdir. Mövzu iştirakçılar tərəfindən maraqla qarşılanmış, təqdimat ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Tədbirin əsas məqsədi tələbə və məzunların təhsilə marağının artırılması və onların gələcək karyera inkişafına dəstək göstərilməsi olmuşdur.


20.04.2026