STK-nın müəllimləri Nazirə Bağırova və İlahə Nuriyevanın rəhbərliyi ilə TM103 və TM204 qruplarının tələbələri Bakı Tikiş Evində praktik məşğələdə iştirak ediblər. Tələbələr istehsalat prosesi ilə yaxından tanış olaraq, tikiş sahəsinin real iş mühitini müşahidə edib, geyimlərin hazırlanma mərhələlərini izləyərək nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndiriblər. Praktika zamanı tələbələr müəssisədə işlərin ardıcıllığını öyrənib, bu sahədə təcrübə qazanıblar. Belə təcrübələr onların gələcək peşə fəaliyyətinə daha hazırlıqlı və inamla addım atmalarına mühüm töhfə verir.






17.04.2026



