16 aprel 2026-cı il tarixində ADNSU nəzdində Sənaye və Texnologiya Kollecində fəaliyyət göstərən Könüllülük və Sosial İnkişaf Klubunun üzvü olan tələbələr üçün paytaxtın ən nüfuzlu elm və mədəniyyət ocaqlarından biri olan Milli Kitabxanaya ekskursiya təşkil olunmuşdur. Ekskursiyanın əsas məqsədi tələbələrin mütaliə vərdişlərinin inkişaf etdirilməsi, elmi-tədqiqat mühitinə maraqlarının artırılması və kitabxana resurslarından səmərəli istifadə bacarıqlarının formalaşdırılması olmuşdur. Tədbir çərçivəsində tələbələr kitabxananın zəngin fondu, nadir nəşrlər bölməsi, oxu zalları və müasir informasiya xidmətləri ilə yaxından tanış olmuşlar. Ekskursiya Könüllülük və Sosial İnkişaf Klubunun kuratoru, Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvanə Məmmədovanın rəhbərliyi ilə yüksək səviyyədə təşkil edilmişdir. Onun təşəbbüsü və istiqamətləndirilməsi ilə tələbələrə kitabxana mühitində davranış qaydaları, eləcə də elmi ədəbiyyatdan düzgün istifadə yolları barədə ətraflı məlumat verilmişdir. Səfər tələbələrin dünyagörüşünün genişlənməsinə, intellektual inkişafına və sosial aktivliyinin artırılmasına müsbət təsir göstərmiş, iştirakçılar tərəfindən böyük maraq və məmnuniyyətlə qarşılanmışdır.












