office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Gənclər milli irsimizi yaşadır

Gəncliyə Yardım Fondunda görkəmli ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə milli-mənəvi dəyərlərimizin qorunması və onların gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm çıxışlar səsləndirilmişdir. Eyni zamanda, ustad aşığın zəngin yaradıcılığı, ifa üslubu və Azərbaycan aşıq sənətinə verdiyi əvəzsiz töhfələr xüsusi vurğulanmışdır. Hüseyn Saraçlının sənəti tədbir iştirakçılarına bir daha təqdim olunaraq, onun milli mədəniyyətimizdəki önəmli rolu diqqətə catdırılmışdır.

Tədbirdə kollecin “İnkişaf Klubu”nun kuratoru İlaha Nuriyeva,  sədri Zəhra Nurlu  və klub üzvləri tədbirdə fəal iştirak edərək milli dəyərlərə bağlılıqlarını nümayiş etdirmişlər.

Belə tədbirlər gənclərin milli kimliklərinin formalaşmasında, onların tariximizə və mədəniyyətimizə bağlı ruhda yetişməsində mühüm rol oynayır.


16.04.2026