office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-da tələbələrin nizam-intizam qaydalarına riayət etməsi məsələlərinə aid iclas keçirildi

 İclasda tədris və tərbiyə işləri üzrə direktor müavinləri, tədris hissə müdiri, qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri, şöbə müdirləri və psixoloq iştirak edirdilər. İclasda tədris prosesinin keyfiyyətinin artırılması, tələbə davranışlarının təkmilləşdirilməsi və ümumi daxili qaydalara əməl olunmasının vacibliyi müzakirə olundu. Rəhbərlik tərəfindən qeyd olundu ki, kollecin daxili nizam-intizam qaydalarına riayət etməsi təhsil mühitinin sağlam formalaşmasında mühüm rol oynayır. İclas zamanı nizam-intizam qaydalarının pozulması halları və onların qarşısının alınması yolları da diqqət mərkəzində oldu. Bildirildi ki, belə halların minimuma endirilməsi üçün mütəmadi nəzarət tədbirləri həyata keçirilməli və tələbələrlə fərdi yanaşma prinsipi tətbiq olunmalıdır.

 


15.04.2026