office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Məşğələlər “Dizayn və Tikiş” tədris emalatxanasında keçirilir

Sənaye və Texnologiya Kollecinin TM104 və TM205 qruplarının “Tikiş məmulatlarının layihələndirilməsi”, “Modelləşdirilməsi” və “Tikiş maşını avadanlıqları” fənləri üzrə məşğələlər “Dizayn və Tikiş” tədris emalatxanasında keçirilir. Emalatxana müdiri Nərmin Kərimovanın  dediyinə görə, tələbələr məşğələlərdə həvəslə iştirak edir və artıq tikiş avadanlıqlarından sərbəst istifadə edə bilirlər. Dərs prosesində təlim ustası Aidə Əliyeva, mexanik Mahilə Tağıyeva, müəllimləri Nazilə Babayeva və İlahə Nuriyeva tələbələrə yaxından dəstək göstərirlər.


15.04.2026