13.04.2026-cı il tarixində kollecdə “Valideyndən öyrənmək” layihəsi çərçivəsində “Marketinq və tətbiqi texnologiyalar”şöbəsinin “Marketinq” ixtisası üzrə MQ205 nömrəli qrup tələbəsi Ülviyyə Ələsgərovanın valideyni Vüsal Ələsgərovla müəllim və tələbə heyətinin görüşü keçirilib. Görüşdə direktor müavinləri Könül Abdurrəhimova, Asəf Məmmədov, şöbə müdiri Təranə Məmmədova, müəllimlər və tyutorlar iştirak ediblər. Tədbir çərçivəsində valideyn özünün 25 illik peşəkar mühəndislik fəaliyyəti barədə ətraflı məlumat verib, çalışdığı sahə, icra etdiyi lahiyələr və qazandığı nailiyyətlər haqqında geniş şəkildə danışib. Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb. Bir sözlə, layihə çərçivəsində keçirilən bu cür görüşlər tələbələrin motivasiyasının artırılması, onların peşəkar dünyagörüşünün formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.




