Sənaye və Texnologiya Kollecinin İstehsalat Təcrübə rəhbəri Sevinc Qənbərova bildirir ki, istehsalat təcrübəsinə gedən tələbələr artıq öyrəndikləri bilikləri real iş mühitində tanımaq imkanı əldə ediblər. Müəssisənin texnoloqu Üzeyir Həsənquliyev tələbələrə məhsulların hazırlanma mərhələləri, xammalın seçilməsi, formalaşdırma, istilik emalı, qablaşdırma və təhlükəsizlik qaydalarına uyğun işləmək haqqında ətraflı məlumat verir. Tələbələr bu proseslərin necə həyata keçirildiyini öyrənirlər. İstehsalat təcrübə rəhbərləri Aidə İsmayılova, Gülnarə Abdulova, Kəmalə Əliyeva və Səadət Soltanova müəssisədə tələbələrə xüsusi diqqət və qayğı ilə yanaşıldığını bildirirlər. Tələbələr istehsalat təcrübəsində nəzəri biliklərini praktikada gördükləri üçün müəssisə və kollecin rəhbərliyinə təşəkkür edirlər. Bu təcrübə onların bilik və bacarıqlarını artırır, gələcəkdə uğurlu mütəxəssis kimi formalaşmalarına zəmin yaradır.






