office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

“MS Excel-də verilənlərin daxil və redaktə edilməsi”. “İşçi vərəqlərlə iş” mövzusunda dərs dinlənilmişdir

STK-da Vəfa Kazımovanın Kİ-205 qrupunda Tətbiqi proqram təminatı fənni üzrə   “MS Excel-də verilənlərin daxil və  redaktə edilməsi”. “İşçi  vərəqlərlə iş”  mövzusunda dərsi dinlənilmişdir. Dərsdə "Kompüter texnologiyaları" kafedrasının müdiri Səadət Şahbazova, metodistlərdən Ceyran Bayramova, Günay Umudova və Aygün Rüstəmova iştirak etmişlər. Dərs zamanı müəllimin mövzunu təqdimetmə bacarığı, tələbələrlə qarşılıqlı əlaqəsi və müasir təlim metodlarından istifadə səviyyəsi yüksək olmuşdur. Həmçinin  dərsdə tələbələrin fəallığı, mövzunu mənimsəmə səviyyəsi, verilən tapşırıqlara yanaşmaları  qiymətləndirilmiş və ümumilikdə dərs metodiki cəhətdən səmərəli təşkil olunmuşdur. 


10.04.2026