office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Maraqlı görüş oldu

09.04.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə və İctimai Şuranın katibi Günay Əkbərova ilə tələbə-müəllim kollektivinin görüşü oldu. Məqsəd tələbələr arasında təhsilimizə marağı  daha  da artırmaq və onlara yaxşı oxumaları üçün kömək etmək idi. Öncə kollecin direktoru, professor  Nasim Abışov tədbirin məqsədi haqqında ümumi məlumat verdi. Sonra İctimai Şuranın sədri, professor Hikmət Əlizadə tələbələrlə, müəllimlərlə görüşməsindən məmnun olduğunu bildirdi. Həm də qonağı olduğu Sənaye və Texnologiya Kollecində təlim-tərbiyə işinin yüksək səviyyədə qurulmasının şahidi olduğunu qeyd etdi. Eyni zamanda kollecdə son vaxtlarda tədris sahəsində yaradılan yenilikləri vurğuladı. Bildirdi ki, bu günki təhsilimizin inkişafında ümummilli liderimiz Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. Bu gün də Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ulu öndərin siyasətini həyata keçirir. Azərbaycanda təhsilimiz gündən-günə inkişaf edir.

Tədbirdə tələbə və müəllimlər gələcək fəaliyyətlərindən söz açdılar, həm də öz arzularını bildirdilər. Sonda İctimai Şuranın sədri, professor  Hikmət Əlizadə və İctimai Şuranın katibi Günay Əkbərova müəllim və tələbələri maraqlandıran suallara cavab verərək, öz dəyərli tövsiyyələrini bildirdilər.


09.04.2026