08.04.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində həyata keçirilən "Sosial Dəstək Paket" layihəsi çərçivəsində "Milla Diary" şirkətində görüş keçirilmişdir.
Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov, şöbə müdiri Pərvin Məmmədova, təcrübə rəhbəri Sevinc Qənbərova, müəllim Nazirə Bağırova, Kəmalə Əliyeva və S-205 qrup tələbələri iştirak etmişlər.
Səfər zamanı şirkətin Təlim və İnkişaf üzrə mütəxəssisi Elmar Kərimov iştirakçılara müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri, strateji məqsədləri və gələcək vizyonu haqqında ətraflı məlumat vermişdir. Daha sonra tədbir iştirakçıları SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) şöbəsi tərəfindən keçirilən təhlükəsizlik təlimində iştirak etmişlər. Tələbələr xatirə şəkli çəkdirməyi də unutmamışlar. Sonda şirkət tərəfindən müəllim və tələbələrə ərzaq məhsulları təqdim olunmuşdur.



