Sənaye və Texnologiya Kollecinin şöbə müdiri Aynur Agayevanın verdiyi məlumata görə, kollecimizin müəllimi Yaqut Əzizovanın rəhbərliyi altında Texnologiya şöbəsinin Dizayn ixtisası üzrə D-105 qrup tələbələri Azərbaycan Dəmiryolu Muzeyinə ekskursiya etmişlər. İlk öncə tələbələri mehribanlıqla qarşılayan muzeyin bələdciləri muzeyin yaranma tarixi haqqında tələbələrə ətraflı məlumat vermiş və onları maraqlandıran suallara cavab vermişlər. Tələbələr ekskursiyada olmalarından məmnun olduqlarını bildirmiş və orada xatirə şəkli cəkdirməyi də unutmamışlar.





06.04.2026



