office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Tələbələr ekskursiyada olmuşlar

03.04.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecinin müəllimləri Səidə Bayramova və Aygün Məmmədovanın rəhbərliyi ilə Ə-204 və M-105 qruplarının tələbələri Dəmiryol Muzeyinə ekskursiya etmişlər.Tarixə və texnologiyaya maraq göstərən tələbələr üçün bu səfər olduqca maraqlı və yadda qalan olmuşdur. Ekskursiya zamanı iştirakçılar dəmir yollarının yaranma tarixi, inkişaf mərhələləri və müasir dövrdə rolu haqqında ətraflı məlumat əldə etmişlər. Muzeydə nümayiş olunan qədim lokomotivlər, vaqon modelləri və müxtəlif texniki avadanlıqlar tələbələrin xüsusi marağına səbəb olmuşdur. Bələdçilər hər bir eksponat haqqında maraqlı faktlar paylaşaraq, dəmir yolunun ölkənin iqtisadi və social inkişafındakı əhəmiyyətini izah iretmişlər. Sonda iştirakçılar muzey haqqında müsbət təəssüratlarını bölüşərək, belə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyini  bildirmişlər.


06.04.2026