2016-cı ilin aprel ayında baş vermiş Aprel döyüşlərinin ildönümünə aid Ə104, D104 qruplarında kollecimizin tarix müəllimləri: Gülnarə Əbdüləzimova və İlahə Hüseynova tərəfindən nümunəvi dərslər keçirilmişdir. İlk öncə dərsdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra hər iki müəllimin dərsində 2016-cı ilin aprel ayında baş vermiş döyüşlər haqqında tələbələrə ətraflı məlumat verilmiş və bu döyüşlərin Azərbaycan tarixindəki əhəmiyyətindən danışılmışdır. Tələbələr dərsdə fəal iştirak etmişlər.









03.04.2026



