03.04.2026 -cı il tarixində STK-da növbəti “Ekostartap” klubunun yaradılması ilə əlaqədar tələbələrlə görüş keçirildi. Görüşdə kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov, şöbə müdiri Pərvin Məmmədova, metodist Günay Umudlu, emalatxana müdiri Xatirə Quliyeva, fənn birləşmə sədri Səidə Bayramova, laborant Aytən Nağıyeva, müəllimlərdən: Könül Məmmədova və Aytən Əliyeva iştirak etdilər. A.Məmmədov ilk öncə “Ekostartap” klubunun fəaliyyət prinsipləri haqqında tələbələrə ətraflı məlumat verdi. Sonra kluba üzv yazılan tələbələrin fikirləri eşidildi. Sonda kollecin biologiya laboratoriyasının müdiri Günel Şükürova kluba kurator, tələbələr arasından İbrahim Alpaşayev isə sədr seçildi.



03.04.2026



