office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-da “2 Aprel Ümumdünya Autizm Məlumatlandırma Günü”nə aid tədbir Crossmedia.az saytında yerləşdirilmişdir.

STK-da “2 Aprel Ümumdünya Autizm Məlumatlandırma Günü”nə  aid  tədbir kecirildi.

 Öncə Dekorativ-tətbiqi sənət (zərgərlik) və Dizayn (qrafik dizayn) ixtisasının tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış oldu.

Crossmedia.az xəbər verir ki, Ulu öndər və Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.   Dövlət Himni səsləndi. 

Tədbirdə  Millət vəkillərindən: Milli Məclisin Komitə sədri  Hicran Hüseynova,  Hikmət Babaoğlu, Vüqar Rəhimzadə,  Aydın Mirzəzadə, Pərvanə  Vəliyeva,  Günay Ağamalı, Elman Nəsirov, YAP Nərimanov rayon təşkilatının sədri  Elçin Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Dost İnklüziv  Mərkəzinin  director müavini  Mətanət Məmmədova, bəstəkar - müğənni  Elza  Seyidcahan,  şair Baba Vəziroğlu, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri  şöbəsinin əməkdaşı Həsən Əliyev,  Pirallahı  Rayon İcra Hakimiyyəti başçısının  birinci müavini  Vəzir Səfixanov, Səbail Rayon İcra Hakimiyyəti başçısının  nümayəndəsi Gülnar Məmmədova,  YAP  Nizami  rayon təşkilatının   nümayəndəsi  Aytac Məhərrəmli,  ATU-nun prorektoru  Rəşad Əliyev, “Vətənpərvərlik” Maarifləndirmə İctimai Birliyinin sədri Aynur İsayeva və  Azərbaycan İncəsənət Məktəbinin təsisçisi, rejissor  Fərid Bağırov  iştirak etdilər. 

Tədbirdə kollecin direktoru, professor Nasim Abışov, Milli Məclisin Komitə sədri  Hicran Hüseynova, şair Baba Vəziroğlu və Azərbaycan İncəsənət Məktəbinin təsisçisi, rejissor Fərid Bağırov çıxışlarında bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları, birinci vitse prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva  həssas kateqoriyalı  gənclərə daimi  diqqət göstərirlər.  

Daha sonra Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin təşkilatçılığı ilə “2 Aprel Ümumdünya Autizm Məlumatlandırma Günü”nə həsr olunmuş “Məni dinləyin...” adlı həssas kateqoriyalı gəncin ifasında hazırlanmış sürrealist üslubunda  tamaşa   göstərildi. Əsədzadə Fatimə Vasif qızı  və Əkbərli  Sunay Samir qızı  “Məni dinləyin…” adlı mono tamaşasını yaxşı təqdim etdiklərinə görə onlara kollecin direktoru Nasim Abışov tərəfindən Təşəkkürnamə və kollecdə  “Zərgərlik” emalatxanasında tələbələr tərəfindən   hazırlanmış qiymətli hədiyyə  təqdim edildi.

Sonda   qonaqlarla  xatirə şəkli  çəkildi.

https://crossmedia.az/az/article/76040


02.04.2026