Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

STK-da 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə aid tədbir keçirildi

Tədbirdə kollecin tərbiyə işləri  üzrə direktor  müavini   Asəf  Məmmədov, şöbə müdiri Pərvin Məmmədova, fənn birləşməsinin sədri Vüsalə Əbdürrəhimova, tarix müəllimlərindən  İlahə Hüseynova, Aynur  Ağayeva, Rəna İsmayılova və tələbələr işrirak etdilər. 31 Mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirildi. Soyqırımı qurbanlarının və Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Vüsalə Əbdürrəhimova tədbirlə əlaqədar  ətraflı məlumat verdi. Sonra  kollecin tarix müəllimlərindən  Aynur Ağayeva  və İlahə  Hüseynova soyqırımla  bağlı  çıxış etdilər. Tarix boyu ermənilərən Azərbaycanlılara qarşı  törətdikləri vəhşiliklərdən söhbət açdılar. Çıxış edənlər bildirdilər ki, soyqırıma hüquqi-siyasi qiymətin verilməsində Ümumilli lider Heydər Əliyevin müstəsna rolu olmuşdur. Tədbirin sonunda kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov yekun sözü dedi və tədbiri hazırlayanlara  təşəkkürünü bildirdi.