Sənaye və Texnologiya Kollecinin Kp105 qrupunun tələbələri qrup rəhbəri Səbinə Tağıyevanın təşkilatçılığı ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə maarifləndirici ekskursiya etmişlər. Ekskursiyanın əsas məqsədi tələbələri Azərbaycan ədəbiyyatının zəngin tarixi, görkəmli yazıçı və şairlərin həyat və yaradıcılığı ilə yaxından tanış etmək, onların milli-mədəni irsimizə marağını artırmaq olmuşdur. Muzeydə nümayiş olunan eksponatlar, qədim əlyazmalar, kitab nümunələri və ədəbiyyat tarixini əks etdirən materiallar tələbələrin böyük marağına səbəb olmuşdur. Ekskursiya zamanı tələbələr Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərinə aid məlumatlar əldə etmiş, klassik və müasir ədiblərin yaradıcılığı barədə ətraflı məlumat almışlar.


