Sənaye və Texnologiya Kollecində “Valideynlərimizdən öyrənək” layihəsi çərçivəsində maraqlı və maarifləndirici görüş keçirilmişdir. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı-tərcüməçi Ülviyyə Tahir dəvət olunmuşdur. Görüş kollecimizin tələbə və müəllim heyətinin iştirakı ilə “dəyirmi masa” arxasında keçmişdir.
Görüş zamanı Ülviyyə Tahir yaradıcılıq fəaliyyəti, ədəbiyyata olan marağın formalaşması, mütaliənin insanın inkişafındakı rolu haqqında tələblərə fikirlərini bölüşmüşdür. O, gənclərə öz bilik və bacarıqlarını daim inkişaf etdirməyi, mütaliyə xüsusi diqqət yetirməyi tövsiyə etmiş, tələbələrin suallarını cavablandırmışdır.
Tədbirin keçirilməsinin əsas məqsədi tələbələrin ədəbiyyata marağını artırmaq, onların dünyagörüşünün genişləndirilməsinə dəstək olmaq və yaradıcı insanlarla ünsiyyət imkanları yaratmaq olmuşdur.
Seminarın təşkilində tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, şöbə müdiri Təranə Vəliyeva və M105R qrpunun qrup rəhbəri Elnarə Bayramova iştirak etmişlər. Görüş tələbələr tərəfindən böyük maraqla qarşılanmış və səmimi müzakirələr şəraitində başa çatmışdır.







