Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

STK-da psixoloji təlim keçirilmişdir

16.03.2026-cı il tarixində  Sənaye və Texnologiya Kollecinin direktoru, professor Nasim Abışovun  təşəbbüsü ilə "Valideynlərimizdən öyrənək" layihəsi çərçivəsində “İdeal və real mən. Özünü dərk etmənin psixologiyası, S.Freud-ə görə şəxsiyyətin strukturu: id, ego, supereqo” mövzusunda psixoloji təlim keçirilmişdir. Təlimçi-psixoloq Xədicə Şirinli tərəfindən aparılmış  təlimdə  tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, şöbə müdiri Təranə Vəliyeva, tyutor Ziba Əlibəyova, psixoloq Gülnar Məstəlizadə, kollecin müəllim və tələbə heyəti iştirak etmişdir. Mövzunun aktual seçilməsi və tədbirin diskussiya formatında keçirilməsi tələbələrin mövzu ətrafında sərbəst fikir mübadiləsi aparmasına və psixologiya sahəsində yeni biliklər əldə etməsinə imkan yaratmışdır. Təlim iştirakçıların şəxsi inkişafına və özünü dərk etmə bacarığının formalaşmasına müsbət töhfə vermişdir.