office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Müəllimlər kitabxananın geniş ədəbiyyat fondu ilə yaxından tanış olublar

Sənaye və Texnologiya Kollecinin müəllimləri – Gülxar Məhərrəmova, Səbinə Tağıyeva, Təranə Nəbiyeva və Səriyyə Nəzərova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanasında olublar. Səfərin əsas məqsədi kitabxananın zəngin kitab fondu ilə yaxından tanış olmaq, elmi və akademik ədəbiyyatları araşdırmaq,  tədris prosesində istifadə edilə biləcək yeni mənbələri müəyyənləşdirmək olub.  ADNSU-da olarkən müəllimlər kitabxananın müasir oxu zalları, elektron resursları və geniş ədəbiyyat  fondu ilə  yaxından tanış olublar. Eyni  zamanda Azərbaycan və dünya ədəbiyyatına, eləcə də müxtəlif elmi sahələrə aid çoxsaylı kitablar müəllimlər tərəfindən maraqla incələnib. Həm də kitabxananın əməkdaşları müəllimləri səmimi qarşılayaraq kitabxananın fəaliyyəti, fondun təşkili və elektron kataloq sistemi haqqında onlara məlumat da veriblər.

 


16.03.2026