office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Ekskursiya tələbələr üçün maraqlı olmuşdur

12.03.2026-cı il  tarixində Sənaye və Texnologiya Kollecində fəaliyyət göstərən Könüllülük və Sosial  İnkişaf  Klubunun üzvü olan  tələbələr paytaxtdakı “Regional İnkişaf” İctimai Birliyinin ofisində olmuşlar. Təşkil olunan ekskursiya klubun kuratoru, Azərbaycan dili və ədəbiyyat  müəllimi Pərvanə Məmmədovanın rəhbərliyi ilə həyata keçirilmişdir. Tələbələr  “Regional  İnkişaf” İctimai Birliyinə  getdikləri vaxt içtimai   birlik tərəfində avtobus  ayrılımış və həmin    avtobus onları rahat  şəkildə birliyə aparmışdır. “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşları tərəfindən göstərilən diqqət və qonaqpərvərlik  tələbələrdə dərin xoş təəssürat yaratmışdır. Tələbələr regional inkişaf layihələri, könüllülük proqramları və gənclərin sosial  təşəbbüslərdə  iştirakı barədə ətraflı məlumat almışlar. Ekskursiyanın  növbəti mərhələsində isə tələbələr Zəfər Muzeyində olmuşlar. Təşkil olunan bu ekskursiya tələbələr üçün yadda qalan olmuşdur.


16.03.2026