13.03.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində “13-cü Dünya Şəhərləri Forumu, yəni WUF13” adlı tədbir keçirildi. Tədbirdə kollecin tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov, Fənn birləşmə komissiyası sədrləri, müəllimlər və tələbələr iştirak etdilər. Öncə tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov tədbir haqqında məlumat verdi. Sonra müəllimlərdən Aytən Əliyeva, Ülviyyə Rəcəbli və Vüsalə Həsənova “Azərbaycanın beynəlxalq imicinin güclənməsi”, “Elm və Təhsil mühiti üçün imkanlar”, “Gənclərin inkişafı və iştirakı,” “Azərbaycanın dayanaqlı inkişaf strategiyası ilə uyğunluq”, “Yaşıl şəhər”, “Ağıllı şəhər”, “Gələcəyin ekoloji şəhər planlaması” və “Yaşıl enerji” mövzularında slaydlarla maraqlı təqdimatlar etdilər. Qeyd edildi ki, Azərbaycan Respublikasının ev sahibliyi edəcəyi bu mühüm beynəlxalq hadisə 13-cü Dünya Şəhərləri Forumu, yəni WUF13 təkcə bir tədbir deyil, əslində ölkəmizin inkişafına, elm və təhsil sahələrimizə və bütövlükdə cəmiyyətimizə yeni imkanlar açacaq qlobal platformadır.




