office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-nın KG205 qrupunun tələbələri Səməd Vurğunun Ev Muzeyində olmuşlar

12.03.2026-cı il  tarixində Sənaye və Texnologiya Kollecinin KG205 qrupunun tələbələri kollecin müəllimi Rəhimə Yaqubəlinin rəhbərliyi ilə Səməd Vurğunun Ev Muzeyində olmuşlar. Ekskursiya zamanı tələbələr  Azərbaycanın ilk xalq şairi  Səməd Vurğunun həyat və yaradıcılığına, ailə üzvlərinə məxsus  muzey eksponatları, arxiv sənədləri,  şəxsi əşyaları ilə yaxından tanış olmuşlar. Həm də muzey əməkdaşları tərəfindən şairin zəngin ədəbi irsi, ictimai fəaliyyəti və Azərbaycan ədəbiyyatının inkişafındakı rolu barədə tələbələrə ətraflı məlumat verilmişdir.Həyata keçirilən bu ekskursiya tələbələrin milli ədəbi irs haqqında biliklərinin artırılmasına, görkəmli sənətkarın yaradıcılığının daha yaxından öyrənilməsinə və Azərbaycan ədəbiyyatına marağın gücləndirilməsinə xidmət edən maarifləndirici tədbir kimi mühüm əhəmiyyət kəsb etmişdir.


13.03.2026