10.03.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecinin müəllimi Yaqut Mamedovanın Ə205 qrupunda “Heyvan aləminin ekologiyasının inkişaf tarixi, məqsəd və vəzifələri” mövzusunda seminar dərsi olub. Seminar zamanı müəllim tələbələrə heyvan ekologiyasının formalaşma mərhələləri, bu sahənin elmi əhəmiyyəti və əsas məqsəd-vəzifələri haqqında geniş məlumat verib. Mövzu ətrafında müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.
Dərsin daha maraqlı və yadda qalan olması üçün seminardan sonra tələbələrlə birlikdə Yaqut Mamedova Bakı Zooloji Parkına gedib. Ekskursiya zamanı tələbələr müxtəlif heyvan növlərini yaxından müşahidə edərək, onların yaşayış mühiti, davranış xüsusiyyətləri və ekoloji uyğunlaşmaları haqqında praktik məlumat əldə ediblər.













