10 mart 2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində fəaliyyət göstərən Könüllülük və Sosial İnkişaf Klubunun üzvü olan tələbələr klubun kuratoru, Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvanə Məmmədovanın təşkilatçılığı ilə Bakı şəhərində yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ekskursiya etmişlər. Ekskursiyanın məqsədi tələbələrin ətraf mühitin qorunması, təbii sərvətlərin səmərəli istifadəsi və ekoloji problemlər haqqında biliklərini artırmaq olmuşdur. Tələbələr nazirliyin fəaliyyəti, həyata keçirilən ekoloji layihələr və təbiətin mühafizəsi istiqamətində görülən işlər barədə məlumat əldə etmişlər. Bu ekskursiya tələbələrin ekoloji dünyagörüşünün genişlənməsinə və təbiətə qarşı məsuliyyət hissinin formalaşmasına xeyli töhfə vermişdir. Tələbələr ekskursiya müddətində xatirə şəkli də çəkdirmişlər.







