Sənaye və Texnologiya Kollecinin tarix müəllimi İlahə Hüseynovanın rəhbərliyi ilə İ105 qrup tələbələri Şirvanşahlar saray kompleksində olublar. İ. Hüseynova bildirib ki, Şirvanşahlar sarayı XV əsr memarlıq abidəsi sayılır. XV əsrin əvvələrində Şirvanşah l Xəlilullahın hakimiyyəti dövründə tikilib. Sarayda Bakının tarixi mərkəzi İçərişəhərdə və Şirvan ərazisində arxeoloji qazıntılar zamanı tapılan müxtəlif məişət əşyaları, Xll-XV əsrlərə aid sikkələr, XlX əsrlərə aid mis qablar, silah və bəzək əşyaları, XV əsrə aid musiqi alətləri sərgilənir. Həmçinin eksponatlar içərisində qadın kostyumları və əl işləri, XlX əsrə aid Şamaxı xalçaları və XVll əsrdə Bakıda tikilmiş xalça saxlanılır. Zalın mərkəzi girişində Bakının tarixi əzəli hissəsinin maketi yerləşdirilib. Sonda tələbələr xatirə şəkli də çəkdiriblər.













