Xəbərlər
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllimlərin İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə imtahan formatında yoxlama keçirilmişdir. Yoxlama bütün müəllimləri və işçi heyəti əhatə etmişdir. Qiymətləndirmənin əsas məqsədi müəllimlərin İKT bacarıqlarının müəyyənləşdirilməsi, onların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və tədris prosesində müasir texnologiyalardan daha səmərəli istifadə olunmasına dəstək göstərməkdir. Yoxlama nəticələri təhlil edildikdən sonra müəllimlərin İKT bilik səviyyəsinə uyğun olaraq xüsusi təlim və kursların təşkili nəzərdə tutulur. Bu kurslar müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinə, elektron resurslardan səmərəli istifadə etmələrinə və dərs prosesində müasir texnologiyaların tətbiqinə dəstək məqsədi daşıyır. Hazırda təlimlərin mərhələli şəkildə keçirilməsi planlaşdırılır.


